AZ

Microsoft-un xalis mənfəəti 60 faiz artıb

Maliyyə təqvimində 31 dekabr 2025-ci ildə başa çatan üç aylıq dövrü 2026 maliyyə ilinin ikinci rübü kimi qəbul edən Microsoft maliyyə hesabatını açıqlayıb.

Marja.az xəbər verir ki, şirkətin gəliri ötən ilin oktyabr–dekabr dövründə illik müqayisədə 17 faiz artaraq 81,3 milyard dollara yüksəlib. Microsoft əvvəlki ilin eyni dövründə 69,6 milyard dollar gəlir əldə etmişdi.

Microsoft-un xalis mənfəəti də eyni dövrdə təxminən 60 faiz artaraq 38,5 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti əvvəlki ilin eyni dövründə 24,1 milyard dollar olmuşdu.

Şirkətin səhmbaşına mənfəəti bu dövrdə 3,23 dollardan 5,16 dollara yüksəlib.

Microsoft-un həm gəliri, həm də mənfəəti bazar gözləntilərini geridə qoyub.

Şirkətin Azure və digər bulud xidmətlərindən əldə etdiyi gəlir də eyni dövrdə 39 faiz artıb.

İş elanları AzVak.az-da

Microsoft maliyyə hesabatı 2026 Microsoft Q2 2026 nəticələri Microsoft gəliri artıb Microsoft xalis mənfəət artımı Microsoft səhmbaşına mənfəət EPS Microsoft bazar gözləntiləri Microsoft 813 milyard dollar gəlir Microsoft xalis mənfəət 385 milyard dollar texnologiya nəhəngləri maliyyə nəticələri ABŞ texnologiya şirkətləri Microsoft Azure gəlirləri bulud xidmətləri artımı Azure 39 faiz artım Microsoft bulud biznesi proqram təminatı bazarı süni intellekt və bulud texnologiyaları qlobal IT sektoru xəbərləri
Seçilən
21
1
marja.az

2Mənbələr