AZ

Brend üçün seçilən sima eksklüzivlik hissi yaratmalıdır

Bakı. Trend:

Brendin simasının müəyyən edilməsi ilk növbədə vacib bir suallabaşlayır: söhbət qlobal brendin Azərbaycandakı rəsminümayəndəliyinin, yoxsa yerli brendin simasından gedir?

Çünki bu iki yanaşma arasında ciddi strateji fərqlər mövcuddur.Qlobal brendlər üçün sima seçimi adətən beynəlxalq “brandguideline”lara, ümumi kommunikasiya strategiyasına və korporativdəyərlərə uyğun aparılır. Yerli brendlərdə isə bu proses daha çoxdaxili bazar reallıqları, hədəf auditoriya və brendin inkişafmərhələsi ilə uzlaşdırılır.

Ümumilikdə, brendə sima təyin edilərkən əsas meyar kimi brendinstrateji sənədləri – o cümlədən, vizual üslub kitabçası(“guideline”) və müştəri profili (“buyer persona”) əsasgötürülməlidir. Seçilmiş sima brendin fəlsəfəsini, dəyərlərini vəhədəf auditoriyada əks olunmasını istədiyi həyat tərzini təmsiletməlidir. Başqa sözlə, sima sadəcə tanınmışlıq üzərindən deyil,brendin ideyasını və emosional dünyasını daşıyan bir obraz kimiseçilməlidir.

Azərbaycanda bu sahədə tez-tez rast gəlinən əsas problemlərdənbiri bir şəxsin eyni dövrdə müxtəlif sektorlar üzrə fəaliyyətgöstərən bir neçə brendin siması kimi çıxış etməsidir. Məsələn,eyni şəxs eyni zamanda həm qida, həm maliyyə xidmətləri, həm dəpərakəndə satış sahəsində fəaliyyət göstərən müxtəlif brendlərinreklamlarda yer aldıqda, bu, kommunikasiya baxımından riskyaradır.

Belə hallarda auditoriyanın şüurunda həmin simanın hansı brendləassosiasiya edilməsi qeyri-müəyyən qalır. Nəticədə simanın təsirgücü azalır, brendin yadda qalma göstəriciləri isə zəifləyir. Brendüçün seçilən sima unikallıq və eksklüzivlik hissi yaratmalı,brendlə uzunmüddətli assosiasiya formalaşdırmalıdır.

Qeyd edilməli digər məqam isə budur ki, brendin mütləq şəkildəbir simaya sahib olması zəruri deyil. Bəzi hallarda vizual üslub,hekayəçilik, məhsulun öz təqdimatı və ya brendin təmsil etdiyidəyərlər daha güclü identiklik yarada bilər. Əgər brendstrategiyası düzgün qurulubsa, sima əsas daşıyıcı deyil, sadəcəəlavə gücləndirici element rolunu oynayır.

Nəticə etibarilə, brend simasının seçilməsi emosional deyil,strateji qərar olmalıdır. Bu qərar brendin mövqeləndirilməsi,reputasiyası və hədəf auditoriya ilə uzunmüddətli münasibətləribaxımından mühüm rol oynayır.

Müjgan Məlikheydər

Brend marketinqi üzrə rəhbər

Seçilən
8
az.trend.az

1Mənbələr