“Yuventus”un futbolçusu Duqlas Luis karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Aston Villa"ya keçib.
Keçidi Birmingem klubunun rəsmi saytı yayıb. 27 yaşlı braziliyalı futbolçu ilə mövsümün sonuna qədər müddətə icarə müqaviləsi imzalanıb.
Duqlas mövsümün ilk yarısını Premyer Liqada "Nottingem Forest"də keçirib. O, sözügedən komandada 14 oyuna çıxaraq 1 qol vurub.
Qeyd edək ki, Duqlas Luis 2019-2024-cü illər aralığında da “Aston Villa”da oynayıb. O, bu klubda bütün turnirlərdə ümumilikdə 204 oyun keçirib, 22 qol vurub və 24 məhsuldar ötürmə edib.
Braziliyalının Turin nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir.