AZ

“Daşınmaz əmlak sistemi yenilənir” -

Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemi tamamilə yenidən qurulur. 2025-ci ilin yekunlarına əsasən, ölkə üzrə 560 min hektardan çox torpaq sahəsi artıq elektron uçota alınıb və 127 mindən çox yeni ünvan təyin edilib. Bu islahatlar vətəndaşların xidmətlərə əlçatanlığını asanlaşdırmaqla yanaşı, mülkiyyət münasibətlərində tam şəffaflığı təmin etməyi hədəfləyir.Metbuat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova sahə üzrə həyata keçirilən strateji islahatların detallarını açıqlayıb. Sədr qeyd edib ki, görülən işlər ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf kursunun mühüm tərkib hissəsidir.“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq, 2025-ci il ərzində daşınmaz əmlakın dövlət kadastrı və reyestri sisteminin inkişafı ilə bağlı bütün zəruri və kompleks tədbirlər uğurla həyata keçirilib”, - deyə Nigar Alimova bildirib.Onun sözlərinə görə, bu tədbirlər təkcə texniki yenilənməni deyil, həm də vətəndaşların hüquqlarının daha etibarlı qorunmasını ehtiva edir.Nigar Alimova sistemin inkişaf istiqamətlərinin genişləndirildiyini vurğulayıb:

Bizim fəaliyyətimiz bir neçə strateji istiqaməti əhatə edir. Bura ilk növbədə rəqəmsal idarəetməyə keçid, xidmət standartlarının müasir tələblərə uyğun tətbiqi və bütün proseslərin optimallaşdırılması daxildir. Biz elektron xidmətlərin təşkili vasitəsilə vətəndaşlarımızın işini asanlaşdırır, informasiya sistemlərinin inkişafı və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə sistemin hüquqi və texnoloji təhlükəsizliyini ən yüksək səviyyəyə çatdırırıq”.

Seçilən
78
metbuat.az

1Mənbələr