AZ

Norm regional bazarlar üçün strateji dörd əsas istiqamətini - AÇIQLAYIB 

Azərbaycanın aparıcı sement istehsalçısı Norm ASC ölkə və regional bazarlarda mövqelərini gücləndirməyə yönəlmiş dəyər təklifinin dörd əsas strateji sütun üzərində formalaşdırdığını açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq beton konfransı və sərgisində Norm ASC nin baş icraçı direktoru Henninq Sasse bildirib.Onun sözlerine göreə, bu yanaşma etibarlı təchizat, aşağı karbonlu məhsullar, sübut olunmuş istehsal imkanları və dairəvi iqtisadiyyat prinsiplərinə əsaslanır.

H.Sasse bildirib ki, Normun əsas üstünlüklərindən biri etibarlı təchizat və əməliyyat mükəmməlliyidir. İstehsal güclərinin artırılması və ciddi keyfiyyətə nəzarət mexanizmləri hesabına bazarın tələbatı fasiləsiz və stabil şəkildə təmin olunur.

Şirkət eyni zamanda dekarbonizasiyaya hazır məhsul portfeli ilə seçilir. Norm bazara aşağı karbonlu sement həlləri, o cümlədən Klass EKO məhsulunu təqdim etməklə yanaşı, yaxın dövrdə yeni “yaşıl” məhsul xətlərinin istifadəyə verilməsini də planlaşdırır.

Açıqlamada qeyd olunur ki, Norm-un istehsal və texnoloji imkanları praktikada sınaqdan keçirilib. Şirkət ən çətin tətbiq sahələrində, o cümlədən neft-quyu sementi istehsalı və ixrac bazarlarında uğurlu nəticələr əldə edib.
Strateji yanaşmanın digər vacib istiqaməti isə praktik dairəvi iqtisadiyyatın tətbiqidir. Norm innovativ həlləri gələcək planlardan real istehsal proseslərinə keçirərək təkrar emal olunmuş aqreqatlardan, RCC texnologiyalarından və prefabrik istehsalda səmərəliliyin artırılmasından istifadə edir.

Şirkət bu strateji sütunlar vasitəsilə həm Azərbaycan bazarında, həm də regionda dayanıqlı inkişafı, rəqabət qabiliyyətini və ekoloji məsuliyyəti gücləndirməyi hədəfləyir.

Seçilən
11
fed.az

1Mənbələr