AZ

Məni öldürüb, bunu Türkiyənin üzərinə atacaqlar

Şimali Suriyada güc balansı tamamilə dəyişən bir dövrdə terror qrupları PKK/YPG/SDQ-də daxili münaqişə başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki “Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanı Məzlum Abdi təşkilat daxilində nəzarəti tamamilə itirib.

Dəməşq administrasiyasındakı yüksək səviyyəli mənbələrdən alınan məlumata görə, Qəndildən olan terrorçular Suriyadan çəkilməkdən imtina edir. Xüsusilə Qəndil kadrlarının məğlubiyyətə görə SDQ daxilindəki ərəbləri günahlandırdığı və beynəlxalq vasitəçilik təkliflərini rədd etdiyi bildirilib.

İddiaya görə, Abdi "Həyatım təhlükədədir" deyərək sui-qəsd qorxusu yaşayır. "Qəndil mənə sui-qəsd təşkil edərək bunu Türkiyə və ya Suriya ordusunun üzərinə ata bilər", - deyə o qeyd edib.

Seçilən
65
17
publika.az

10Mənbələr