AZ

Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı » AzadMedia.az

Yolda

Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində sürət yarışı təşkil edən sürücülər saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma başlanılıb.

Müəyyən edilib ki, 23 yanvar 2026-cı il tarixində X. Hümbətovun idarə etdiyi "Chevrolet Cobalt"markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.

Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev də bununla bağlı paylaşım edib. Paylaşımı təqdim edirik:

"Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı
Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı aparılan araşdırma zamanı 23 yanvar 2026-cı ildə Bakı–Şamaxı avtomobil yolunda 90-YD-792 və 90-YH-208 dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobillər arasında sürət yarışı təşkil edildiyi müəyyən olunub.

Yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan hər iki sürücü Yol-Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Yollarda sürət yarışı ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Bu kimi hallara qarşı ən sərt hüquqi tədbirlər davam etdiriləcək".

Seçilən
28
31
azadmedia.az

10Mənbələr