AZ

Parakamandan oxatanlar Şəkidə hazırlıq prosesini davam etdirir

Parakamandan oxatma üzrə Azərbaycan milli komandasının üzvləri Əli Nəbiyev, Şahin Cabbarov və Qalib Əliyev Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edirlər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən olimpiyaçılarla birgə yanvarın 25-dən etibarən təşkil olunan hazırlıq prosesi fevralın 1-də başa çatacaq.

Qeyd edək ki, təlim-məşq toplanışına milli komandanın baş məşqçisi İlqar Abbasov rəhbərlik edir.

İdman.Biz
Seçilən
13
1
idman.biz

2Mənbələr