AZ

AmCham : Azərbaycanda 2030 cu ilədək avtobus parkının 30 % nin elektrikləşdirilməsinə nail olunmalıdır

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda "yaşıl nəqliyyat"a keçiddə 2030-cu ilədək avtobus parkının 30 %-nin elektrikləşdirilməsinə nail olunmalıdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Sənəddə bildirilib ki, "yaşıl nəqliyyat"a keçid ətraf mühit, sosial və idarəetmənin (ESG) ətraf mühitin mühafizəsi və məsuliyyət sütununun əsas aspektidir və birbaşa olaraq Azərbaycanın CO2 emissiyalarının azaldılması üzrə Milli Səviyyədə Təyin Edilmiş Töhfələr (NDC) ilə uyğun gəlir: "Statistikaya görə, xüsusilə şəhərlərdə havanın çirklənməsinin əsas amillərindən biri nəqliyyatdır. "Nəqliyyat" dedikdə, hərəkətliliyi təmin etmək üçün həm fərdi, həm də ictimai mobillik vasitələrini nəzərdə tuturuq. Sözsüz ki, daxili yanma mühərriki (İCE) əsaslı nəqliyyat vasitələrindən Hibrid elektrikli nəqliyyat vasitələri (HEV), qoşulan hibrid nəqliyyat vasitələri (PHEV), elektrikli nəqliyyat vasitələri (EV) və hidrogen əsaslı nəqliyyat vasitələri kimi ekoloji zərərsiz nəqliyyat vasitələrinə keçərək müəyyən proqram və təşəbbüslərdə (Paris İqlim Sazişi, 2030-cu il Milli Prioritetlər Proqramı) həm beynəlxalq, həm də milli səviyyədə qəbul edilmiş qarşılıqlı məqsədimizə əhəmiyyətli töhfə veririk. Hökumət, ilk olaraq, gömrük rəsmiləşdirilməsi və satış zamanı hibrid və elektrikli nəqliyyat vasitələri üçün ƏDV-dən azad olmanı nəzərdə tutan düzəlişi qəbul edib. Bundan əlavə, elektrikli nəqliyyat vasitələri idxal prosesində bütün vergi və rüsumlardan tamamilə azad edilib. Bu iki addım ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalına əhəmiyyətli təsir göstərdi və onları istehlakçılar üçün daha əlçatan edib".

"AmCham"ın ekspertləri hesab edirlər ki, ictimai nəqliyyat sahəsində isə Bakıda ilk dəfə elektriklə işləyən avtobus istifadəyə verilib və ictimai nəqliyyat sisteminə inteqrasiya olunub: "Ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitələri üçün yeni əlverişli kredit şərtləri də (ilkin ödəniş 40 %-dən 20 %-ə, faiz dərəcəsi isə orta hesabla 15 %-dən 10 %-ə endirildi) Azərbaycanın yaşıl nəqliyyata keçidinə əhəmiyyətli töhfə verib. Eyni zamanda, bankların və maliyyə mexanizmlərinin hibrid və elektrikli nəqliyyat vasitələrinin ev təsərrüfatları tərəfindən əldə edilməsində mühüm rol oynadığını vurğulamaq da vacibdir. 2024-cü ildən müşahidə edilən və 2025-ci ildə də davam edən bu təsirin 2030-cu ilə qədər uzana biləcəyi gözlənilir. Bu tədbirlərin birləşdirilmiş təsiri ölkədə "yaşıl nəqliyyat"ın inkişafına real töhfə verib. Buna baxmayaraq, Azərbaycan bu mövzuya çox gec yanaşıb, bu səbəbdən dünya liderlərinə və dünyanın qabaqcıl təcrübələrinə yetişmək üçün əlavə tədbirlər görülməlidir".

Ticarət Palatası Azərbaycanda hibrid nəqliyyat vasitələri, xüsusən də qoşulan hibrid nəqliyyat vasitələri üçün idxal rüsumlarından əlavə azadolmaların tətbiqini, şarj infrastrukturlarının inkişafı üçün yol xəritəsinin hazırlanmasını tövsiyə edir: "Qanunvericiliyə özəl sahibkarlıq subyektlərinə elektrik enerjisini 3-cü tərəflərə və yenidən şəbəkəyə satmağa imkan verən düzəlişin edilməsi şarj infrastrukturuna özəl investisiyaları artıracaq".

"AmCham"ın ekspertləri ekoloji cəhətdən "təmiz nəqliyyat" vasitələri üzrə sığorta tariflərinin azaldılması ilə bağlı Mərkəzi Bankın tövsiyələrinin həyata keçirilməsinin təşviqini, habelə bu sahədə nəzarət mexanizmlərinin tətbiqini, yeni tikilmiş ticarət mərkəzləri, dayanacaqlar və yaşayış komplekslərində şarj stansiyalarının məcburi quraşdırılmasını tövsiyə edir: "Fərqli nömrə nişanı rəngləri, ayrılmış park yerləri, ödənişli yollardan istifadə üçün endirimlər ekoloji zərərsiz nəqliyyat vasitələrinin sahibləri üçün asanlaşdırılmış imkanlar yaradır. Dövlət satınalmalarında ekoloji zərərsiz avtomobillərə üstünlük verilməsini, təmiz sıfır emissiya zonalarının yaradılmasını və genişləndirilməsini (Şuşa şəhərində ictimai nəqliyyat, milli parklarda daxili nəqliyyat və Ələt Azad İqtisadi Zonası kimi strateji yerlər ekoloji cəhətdən təmiz olmalıdır) tövsiyə edirik".

Ticarət Palatası Azərbaycanda 2030-cu ilədək avtobus parkının 30 %-nin elektrikləşdirilməsinə nail olunmasını tövsiyə edir: "Daha geniş strateji müstəvidə dəmir yolu, yükdaşımalar/dəniz nəqliyyatı və aviasiya sektorlarında bioyanacaq, davamlı aviasiya yanacağı (SAF), metanol və digər qarışıq yanacaq növləri kimi alternativ yanacaq mənbələri üzrə tədarük və tələbatın qiymətləndirilməsi üçün mümkünlük ("feasibility") araşdırmaları da aparılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
hurriyyet.az

1Mənbələr