AZ

Çin futbolunda növbəti korrupsiya qalmaqalı

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çinin güclülər dəstəsində çıxış edən 13 klubun xalları silinib və cərimə olunublar. Sport24.az "CCTV News"a istinadən xəbər verir ki, bu, dövlətin futbolda genişmiqyaslı antikorrupsiya kampaniyası çərçivəsində reallaşıb.

Mənbənin sözlərinə görə, "Şanxay Şenxua" və Tiyanzin Kinmen Tiger" klublarının hər birinin aktivindən 10 xal silinib və 1 milyon yen (120.100 avro) cərimə olunub. Digər klublar, o cümlədən son ölkə çempionu "Şanxay Port" (beş xal silinib) daha az cəza alıblar.

Qeyd edək ki, 2024-cü ildə rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edilmiş Çin Futbol Assosiasiyasının (CFA) keçmiş prezidenti Çen Xuyuan və Çin milli komandasının keçmiş baş məşqçisi Li Tie futboldan ömürlük uzaqlaşdırılan 73 nəfər arasında yer alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
sport24.az

1Mənbələr