AZ

Xəyallar gerçəkləşir: Zəngəzur enerji dəhlizinə start verildi

“Azərbaycanın enerji siyasətində son illərdə həyata keçirilən strateji təşəbbüslər regionun enerji xəritəsini yenidən formalaşdırır. Bu kontekstdə Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılması, yalnız enerji infrastrukturunun gücləndirilməsi deyil, həm də bölgənin geosiyasi və geoiqtisadi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli layihədir”.

Bunu Azreform.info -a açqılamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O deyib ki, Zəngəzur xətti Naxçıvan Muxtar Respublikasının əsas enerji sistemi ilə birləşdirilməsini təmin edir. “Layihə çərçivəsində Cəbrayıldan Ağbəndə qədər 74 km, Naxçıvandan Ordubad sərhədinə qədər isə 105 km uzunluğunda 330 kV-luq ikidövrəli yüksək gərginlikli ötürmə xətləri tikilir.
Dağlıq və çətin relyef şəraitində çəkilən bu xətlər 1000 meqavatlıq yükötürmə qabiliyyətinə malik olacaq.
Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiyanın inşası ilə muxtar respublika vahid enerji sisteminə tam inteqrasiya olunacaq.
Layihənin növbəti mərhələsində 230 km-lik 400 kV-luq ötürmə xəttinin Türkiyəyə qədər çəkilməsi və ölkədə ilk dəfə 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın qurulması planlaşdırılır. Bu, Azərbaycanın Avropa enerji bazarlarına birbaşa çıxışını təmin edəcək”, - o vurğualyıb.
Layihənin geosiyasi əhəmiyyətini qeyd edən deputat bildirib ki, bu regional inteqrasiya ilə yanaşı, Zəngəzur xətti Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin mərkəzi elementi kimi çıxış edir: “Bu, Azərbaycanı enerji tranziti üçün etibarlı mərkəzə çevirir və Türkiyə üzərindən Avropa ölkələrinə enerji ixracına imkan yaradır.
Münaqişə sonrası stabilizasiya: Layihə Ermənistanla sərhəddə yerləşən strateji dəhlizlərin istifadəsini artırır, bölgədə sülh və əməkdaşlıq üçün yeni imkanlar açır.
Strateji tərəfdaşlıq: Avropa enerji təhlükəsizliyinə töhfə verməkla yanaşı, layihə Azərbaycan və Türkiyənin birgə geosiyasi təsirini gücləndirir.
Enerji müstəqilliyi: Naxçıvanın tezlik tənzimlənməsi və enerji təchizatında xarici ölkələrdən asılılığının aradan qalxması.
Enerji ixracı: Azərbaycan gələcəkdə Ermənistana və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixrac etmək imkanına malik olacaq.

Regional infrastrukturun inkişafı: Zəngəzur dəhlizinin digər kommunikasiya xətləri üçün (dəmir yolu, avtomobil yolu və digər kommunikasiya sistemləri) açılması ilə iqtisadi inteqrasiyanın genişlənməsi və bölgənin davamlı inkişafına töhfə.
Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi yalnız böyük enerji layihəsi deyil, eyni zamanda strateji geosiyasi platformadır. Bu layihənin icrası:

Azərbaycanın regional enerji liderliyini möhkəmləndirir, Avropa bazarına çıxışını genişləndirir, Naxçıvanın enerji müstəqilliyini təmin edir, bölgədə sülh, stabillik və əməkdaşlıq mühitini gücləndirir.

Beləliklə, Zəngəzur xətti və genişlənən enerji dəhlizi Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi maraqlarını təmin edən transformativ layihə kimi qiymətləndirilə bilər”.

Mürtəza

Seçilən
7
2
azreform.info

3Mənbələr