AZ

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 684 milyon manat kredit verilib

Bakı. Trend:

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiyamühitinin əlverişliliyinin daha da artırılması, sahibkarlarınmaliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi,dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.

Bu barədə Trend-ə fonddan məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ilk dəfə olaraqsahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərəzəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görəsubsidiyaların verilməsinə başlanılıb. Fərmana əsasən,kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişafetdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit ZəmanətFondunun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

2026-cı il yanvarın 1-nə olan məlumata görə, Fondun təqdimetdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara684 milyon manat məbləğində kreditə zəmanətin verilməsi təminolunmuşdur. 2025-ci ildə müvəkkil banklar tərəfindən 147 milyonmanat həcmində kreditə zəmanət verilmişdir.
Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərinorta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrəhesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabınasahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi6,8 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kəndtəsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm vəinfrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın vəavadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılankreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeniiş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neftsektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcədə emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığınınartırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidiartırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqlarıkreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçininistiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminatmexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, 2025-ci ildəistiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmiçərçivəsində 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyonmanat məbləğində zəmanət təqdim edilmişdir. Sahibkarların manatlaəldə etdikləri kreditlər üzrə portfel zəmanət mexanizmiçərçivəsində 360 sahibkarın 5,33 milyon manat məbləğində kreditinə4 milyon manat həcmində zəmanət verilib.

Seçilən
65
12
az.trend.az

5Mənbələr