UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 8-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Benfika"da çıxış edən Andreas Şelderup həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Norveçli vinger azarkeşlər arasında keçirilən sorğuda "Liverpul"dan Aleksis Makallister, "Bayer"dən Malik Tillman və və "Çelsi"dən Joao Pedronu qabaqlayıb.
Qeyd edək ki, Andreas Şelderup "Benfika"nın "Real"ı 4:2 hesabı ilə məğlub etdiyi oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi