AZ

Norveçli oyunçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

Portuqaliyanın "Benfika" klubunun futbolçusu Andreas Şelderup azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Moderator.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Liqa mərhələsinin VIII turunda "Real" (Madrid, İspaniya) ilə keçirilən görüşdə (4:2) 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, norveçli futbolçu səsvermədə Aleksis Makallister ("Liverpul"), Joao Pedro ("Çelsi") və Malik Tillman ("Bayer 04") qabaqlayıb.

Seçilən
63
46
moderator.az

10Mənbələr