Bakı. Trend:
Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiyavə Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiətin MühafizəsiFondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilənzubrların reintroduksiya layihəsi çərçivəsində Berlindəki“Tierpark” heyvanat parkından 12 zubr Azərbaycana yola salınıb.Bundan əlavə, Almaniyanın Bad Berleburq şəhərindən də 6 zubrölkəmizə göndərilib.
Trend-inməlumatına görə, zubrların ölkəmizə göndərilməsi prosesiniAzərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Berlinin “Tierpark”heyvanat parkının direktoru Andreas Knieriem və digər aidiyyətiqurumların nümayəndələri müşahidə ediblər.
Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyuncaməskunlaşıb. Bu cüssəli vəhşi öküzlər qədim zamanlardan insanlartərəfindən güc rəmzi kimi qəbul olunub. Qobustan qayalarınınüstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunungöstəricisidir. Populyasiya effektiv idarə olunmadığından bu növünAzərbaycanda sayı tükənib. Qafqaz dağlarında sonuncu zubr 1927-ciildə öldürülüb. Son illər ərzində regionun və dünyanın aparıcıalimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsiolaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğuaşkarlanıb.
2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşitəbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimaiBirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-inAzərbaycan nümayəndəliyi tərəfindən intensiv iş aparılır. IDEAİctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmışƏməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası vəonların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşiheyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkınınİsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrlarınçoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.
2019-cu ilin may ayından etibarən isə müxtəlif ölkələrdən, ocümlədən Almaniyadan Azərbaycana zubrlar gətirilir. Həmin heyvanlaruğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidəedilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiyazonasından vəhşi təbiətə buraxılır.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev medianümayəndələrinə müsahibəsində deyib: “Bu gün Berlin zooparkındayıqvə mühüm bir hadisəyə şahidlik edirik. 2019-cu ildən IDEAtəşkilatının dəstəyi ilə Almaniya ilə çox gözəl bir layihə həyatakeçirilir. Belə ki, həm Almaniyada, həm də Avropanın müxtəlifölkələrində olan zooparklardakı zubrlar Azərbaycana gətirilir vəazadlığa buraxılır, təbiətə qaytarılır. Bu, Azərbaycanın təbiimüxtəlifliyə, ətraf mühitin qorunmasına verdiyi böyük dəyəringöstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın Almaniya ilətərəfdaşlığının gözəl bir nümunəsidir.”
Zubrlar Azərbaycana göndərilməsi üçün Berlin zooparkındannəqliyyat vasitələrinə yüklənərək Frankfurt şəhərinə çatdırılıb vəoradan da ölkəmizə yola salınıb. Bu zubrlar Azərbaycanaçatdırıldıqda bir müddət volyer şəraitində saxlanacaq, adaptasiyadövrünü keçdikdən sonra təbiətə buraxılacaq.
Berlinin “Tierpark” heyvanat parkının direktoru Andreas Knieriemmüsahibəsində ümumilikdə 18 zubrun yola salınacağını vurğulayaraqbunun indiyədək bir uçuşda daşınan ən böyük zubr qrupu olacağınıqeyd edib. İndiyədək Azərbaycana bir neçə daşınma ilə müxtəlifzooparklardan gətirilmiş 46 zubrun yola salındığını bildirənAndreas Knieriem deyib: “Onların bir qismi buradan – “Tierpark”dan,digərləri isə Almaniyanın müxtəlif zooparklarından, xüsusiləÇexiyadan gətirilib. Bu 46 heyvan artıq Azərbaycanda bir arayagəlib və onlar artıq balalayıb. Beləliklə, zubrların sayı 46-dan bugün təxminən 70-72 aşa çatıb. Bu gün yola salınanları da nəzərəaldıqda Azərbaycandakı zubrların sayı təxminən 90-a yaxınlaşacaq.Demək olar ki, Azərbaycan artıq çox güclü və sağlam zubrpopulyasiyasına malikdir. Ümid edirəm ki, qarşıdakı illərdə biz buprosesə daha çox töhfə verə biləcəyik və Azərbaycanda daha çox baladoğulacaq, ölkə zubrların qorunması sahəsində aparıcı yerlərdənbirini tutacaq. Bu isə təbiət üçün, biomüxtəlifliyin qorunması vəzubrların davamlılığı baxımından son dərəcə vacibdir.
Fürsətdən istifadə edərək, həm prosesin uğurla həyatakeçirilməsinə, həm də iki ölkə arasında real və səmimi əməkdaşlığagörə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Belə nümunəvi vəetibarlı tərəfdaş olduğu üçün Azərbaycana bir daha təşəkküredirəm”.
Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrlarınsayının 100 başa çatdırılması nəzərdə tutulur. Layihə zubrlarıntəbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindənbiri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Buməqsədlə məktəblilər üçün mütəmadi qaydada müxtəlif maarifləndirmətədbirləri, o cümlədən yay düşərgələri təşkil olunur.