AZ

Bakalavr və magistratura ləğv edilir: Bolonya sistemi tarixə qovuşur

Rusiya ali təhsil sistemində kəskin dəyişikliklərə start verir.

"Ölkə.az" xəbər verir ki, Rusiya Təhsil və Elm Nazirliyi Bolonya sistemini “öz dövrünü başa vurmuş mərhələ” adlandıraraq, 1 sentyabrdan etibarən bu modeldən imtina ediləcəyini açıqlayıb.

Bolonya sistemi ali təhsilin iki mərhələyə bölünməsini nəzərdə tutur: 3 illik bakalavr pilləsi və 2 illik magistratura mərhələsi. Avropa ölkələrinin böyük əksəriyyətində tətbiq edilən bu model vahid təhsil məkanının formalaşdırılmasına xidmət edir.

Sistem çərçivəsində tələbələr fənləri sərbəst seçə, ixtisaslarını dəyişə, həmçinin beynəlxalq mübadilə proqramlarında iştirak edə bilirdilər. Ən vacib üstünlüklərdən biri isə məzunların diplomlarının digər ölkələrdə əlavə imtahansız tanınması idi.

Rusiya hakimiyyəti isə hesab edir ki, bu model ölkənin milli maraqlarına və ali təhsil strategiyasına uyğun deyil. Rəsmi mövqeyə görə, yeni mərhələdə sovet dövrünə yaxın, daha mərkəzləşdirilmiş və uzunmüddətli ali təhsil modelinə keçid nəzərdə tutulur.(musavat.com)

Seçilən
115
3
olke.az

4Mənbələr