AZ

Rus gəmisi Britaniya sahillərindən QOVULDU

Birləşmiş Krallığın Hərbi Dəniz Qüvvələri Rusiya gəmisi “Sineqorsk”u potensial təhlükə kimi müəyyən edib və onu ölkənin ərazi sularını tərk etməyə məcbur edib.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" və "The Independent" məlumat yayıb.

Yayılan məlumatlara görə, gəmi Bristol körfəzinin sularına daxil olub və Somersetin şimal sahilindəki Maynhed yaxınlığında lövbər salıb. Bu ərazi ilə ABŞ, Kanada, İspaniya və Portuqaliyaya birləşdirən telekommunikasiya kabelləri keçdiyi üçün diqqət çəkir.

İnsident gəmiyə 30 dəqiqə hava müşahidəsi aparan sahil mühafizə təyyarəsi ilə başlayıb. Daha sonra “Wildcat” tipli helikopter gəmi üzərində yoxlama aparmaq üçün qaldırılıb. Bundan sonra “Sineqorsk” lövbərdən ayrılaraq cənuba üz tutub və sonuncu dəfə onu Silli adaları sahilində müşahidə ediblər.

Seçilən
58
42
publika.az

10Mənbələr