AZ

ABŞ fövqəladə vəziyyətə keçdi

ABŞ Prezidenti Donald Tramp Kubanı milli təhlükəsizlik üçün risk hesab edərək ölkədə fövqəladə vəziyyət elan edib.

"Yeni Sabah" xəbər verir ki, Ağ Evin yaydığı sərəncamda Havana rəhbərliyinin siyasətinin ABŞ-ın maraqlarına zidd olduğu və Vaşinqtonun düşmən saydığı qüvvələrlə əməkdaşlıq etdiyi iddia olunur. Qərara əsasən, Kubaya neft tədarük edən ölkələrin məhsullarına əlavə gömrük rüsumları tətbiq oluna bilər.

Sənəddə bildirilir ki, bu tariflər gələcəkdə yenidən nəzərdən keçirilə və dəyişdirilə bilər. Hazırda ABŞ-da müxtəlif səbəblərlə bağlı 50-dən çox fövqəladə vəziyyət rejimi qüvvədədir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
89
35
yenisabah.az

10Mənbələr