AZ

Castin Biber səhnəyə qayıdır

Yazını böyüt
Yazını kiçilt

Castin Biber "Qremmi" mərasimindəki çıxışı ilə səhnəyə möhtəşəm qayıdışa hazırlaşır. Bu, onun son bir neçə ildəki ilk böyük çıxışı olacaq.

Hafta.az bildirir ki, bu barədə TMZ portalı Səsyazma Akademiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bu il dörd nominasiya üzrə namizəd olan müğənni mərasimdə həm də ifaçı qismində iştirak edəcəyini təsdiqləyib. Əvvəllər o, 2022-ci ildə dünya turunu ləğv etdikdən sonra yalnız nadir hallarda qonaq qismində çıxış edirdi.

"Justice World Tour" turunun dayandırılmasına Ramsay Hunt sindromu diaqnozu səbəb olmuşdu. Bu nevroloji xəstəlik müğənnini uzun müddət böyük şou qrafiklərindən uzaq qoymuşdu.

Seçilən
61
18
hafta.az

10Mənbələr