AZ

Baş ağrısı: Səbəblər və müalicə üsulu...

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Hər baş ağrısına eyni dərman istifadəsi düzgündür?

Demək olar ki, hər kəsin müəyyən dövrlərdə yaşadığı sağlamlıq problemlərindən biri və bəlkə də ən intensivi baş ağrısıdır. Baş ağrıları stress, yorğunluq, sinir sistemi problemləri və ya daha ciddi tibbi vəziyyətlərdən qaynaqlana bilər. Ona görə də baş ağrılarının növlərini və səbəblərini düzgün müəyyən etmək, effektiv müalicə və profilaktika üçün vacibdir.

Hər 10 nəfərdən 7-si...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, bu gün hər 10 nəfərdən 7-si ən geniş yayılmış müxtəlif formalı baş ağrılarından əziyyət çəkir. Adətən baş ağrıları ciddi xəstəlik əlaməti olmur, amma beyində çoxsaylı gərginliklərə yol açır.

İki əsas kateqoriyaya bölünür

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən terapevt-həkim Şahvələd Məmmədov bildirib ki, baş ağrıları 2 əsas kateqoriyaya bölünür - birincili və ikincili baş ağrıları: “Birincili baş ağrıları xüsusi bir xəstəlik səbəbi olmadan yaranan baş ağrılarıdır. İkincili baş ağrıları isə başqa bir tibbi vəziyyətin əlaməti olaraq ortaya çıxan baş ağrıları hesab edilir. Birincili baş ağrıları birbaşa beyin və sinir sisteminin funksional dəyişikliklərindən qaynaqlanan ağrılardır, ən çox yayılmış baş ağrısı növüdür. Başı sıxan, sıxıcı, küt ağrı şəklində hiss olunur. Boyun və alın ətrafında sıxılma hissi yaradır. Stres, yorğunluq, susuz qalmaq və yuxusuzluq səbəbindən yaranır.

İkincili baş ağrıları isə daha şiddətli və döyüntülü formada olur. Bu zaman bulantı, qusma və işığa qarşı həssaslıq müşayiət edə bilər. Hormonal dəyişikliklər, stres, müəyyən qidalar və hava dəyişiklikləri isə bu ağrıları daha da kəskinləşdirir”.

Təbii yollarla müalicə

Terapevt baş ağrılarının azalmasına kömək edən bir sıra təbii vasitələrin mövcud olduğunu qeyd edib: “Ancaq bu ağrı xronikləşibsə və daha fərqli simptomlara yol açarsa bu zaman daha ciddi müalicə və həkim müayinəsi vacibdir.

Soyuq kompress - ən geniş yayılan üsullardan hesab edilir. Ağrıyan nahiyəyə soyuq kompressin tətbiqi ağrının yüngülləşməsinə səbəb ola bilər.

Alma çayı - içindəki antioksidantlar başda olmaq üzrə minerallar və vitaminlər sayəsində bədənə dəstək olur və baş ağrısının azalmasına kömək edir. Çay isti deyil, ilıq ya da soyuq formada istifadə edilsə baş ağrısının azalması daha effektiv ola bilər.

Lavanda yağı - bu yağın içindəki müxtəlif maddə sayəsində ağrıları sakitləşdirmək mövzusunda təbii vasitələrdəndir. Bir kasa qaynamış suyun üzərinə 4-5 damcı qədər lavanda yağı əlavə edib sudan yüksələn buxarı udmaq baş ağırıları üçüb effektivdir.

Banan - bu meyvənin tərkibində potassiyum var. Bu da damarlar üzərində effektli təsir yaradır, onları rahatladır. Qeyd edim ki, bununla zəngin olan kartofu da soyutma formasında bişirərək üzərinə duz əlavə etmədən yemək ağrıları yüngülləşdirə bilər.

Nanə yağı - bu yağ da təbii vasitələrdən hesab edilir. Baş ağrıyan zaman ələ bir neçə damla damladaraq ağrıyan sahəyə çəkərək ovalamaq ağrıların keçməsi üçün təbii və effektiv üsullardan sayılır.

Bu tərkibli dərmanlar baş ağırısı üçün effektivdir

Ş.Məmmədovun sözlərinə görə, baş ağrısına qarşı dərmanlar müxtəlif tərkiblərdə olur. Lakin elə tərkibli dərmanlar var ki, onlar ağrıların azalması üçün daha üstün xüsusiyyətlərə malikdir: “Xüsusilə “parasetamol” tərkibli dərmanlar daha təsiredici maddələrdən sayılır. Həmin dərmanlar yüngül və orta dərəcəli baş ağrısı üçün effektivdir. Mədəni çox qıcıqlandırmır, düzgün istifadə olunanda təhlükəsiz sayılır.

Bundan başqa, iltihaba qarşı güclü xüsusiyyətləri olan dərmanlar da şiddətli ağrıları azalmasına kömək edir.

Asetilsalisil turşusundan ibarət olan dərmanlar isə köhnə, amma hələ də effektiv seçimdir. Qan dövranı ilə əlaqəli ağrılar üçün çox təsirlidir, belə ki, qanı duruldur, bəzən başdakı “təzyiq hissini” azaldır.

Baş ağrıları üçün kofeinli kombinasiyalardan ibarət dərmanlar isə yorğunluq və yuxusuzluqdan yaranan baş ağrılarının azalmasına qarşı yaxşı seçimdir”.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
50
yeniazerbaycan.com

10Mənbələr