AZ

Vüqar Əliyev: Azərbaycanın könüllülük modeli beynəlxalq səviyyədə tanınır

Hazırda Azərbaycanın könüllülük modeli kifayət qədər yüksəkdir və beynəlxalq səviyyədə də tanınır.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev II Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın könüllülük modelindən digər ölkələr də yararlanır:

"Biz xarici təcrübələrdə tətbiq olunan yeniliklərin Azərbaycanda da həyata keçirilməsində maraqlıyıq. Qanunvericilik əsasında tənzimlənən könüllülük fəaliyyəti hazırda ölkə könüllüləri üçün sistemli və formalaşmış bir modelə çevrilib".

Seçilən
16
18
far.az

10Mənbələr