AZ

Donald Trampa İrana qarşı hərbi tədbirlərlə bağlı yeni variantlar təqdim edildi - KİV

ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi tədbirlərin genişləndirilmiş siyahısı təqdim olunub.

Missiya.Az xəbər verir ki, “The New York Times”in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, yeni variantlar iki həftə əvvəl nəzərdən keçirilən təkliflərdən kənara çıxır və ABŞ qoşunlarının İran hədəflərinə qarşı quru reydləri keçirməsi ehtimalını da əhatə edir.

Vaşinqton hələlik Tehrana qarşı hərbi güc tətbiqinə rəsmi razılıq verməyib. Donald Tramp İranda etirazçılara qarşı zorakılığın dayandırıldığını bəyan edib və vəziyyətin izlənildiyini bildirib.

Eyni zamanda, Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, ABŞ administrasiyası İranda yeni etirazların baş verməsi və hakimiyyət dəyişikliyinə təzyiq məqsədilə hədəfli hücumları müzakirə edir. Hücumların bu həftə başlaya biləcəyi iddia olunur.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
49
40
missiya.az

10Mənbələr