AZ

Azərbaycan UEFA reytinqində irəliləyib

UEFA Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin sonuncu - VIII turunun oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

"Cebheinfo.az" xəbər verir ki, "Qarabağ" son matçda "Liverpul"a (İngiltərə) 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.

Azərbaycan hazırda 22.937 xala malikdir. 27-ci sıradakı Sloveniyanın 22.843 əmsalı var.

Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.

"Cebheinfo.az"

Seçilən
86
14
cebheinfo.az

10Mənbələr