ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının mərkəzində avtomobillərin dayanma və durmasının qadağan olunduğu ərazidə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) özünə məxsus maşının saxlanılması ictimai qınağa və narazılığa səbəb olub.Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, buna dair yayılan videogörüntü müzakirə yaradıb.Görüntünü paylaşan vətəndaş bildirib ki, qanun hamı üçün eynidir və heç kimə güzəşt edilməməlidir:"Dövlət qurumlarında çalışan şəxslər isə daha böyük məsuliyyət daşıyırlar. Onlar da qaydalara əməl etməlidirlər, eyni zamanda cəmiyyət üçün nümunə olmalıdırlar".AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında məsələdən xəbərdardır olduqlarını deyib:Məmur Bakının mərkəzində qaydaları pozdu: Narazılığa səbəb oldu"Qayda pozan əməkdaşa xəbərdarlıq olunub və onun barəsində müvafiq tədbir görüləcək".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.