AZ

Sosial müavinət və təqaüdlə bağlı MÜHÜM AÇIQLAMA

2025-ci ilin dekabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 877,7 min nəfərdən çox olub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, onların 471,1 min nəfərdən çoxunu aylıq sosial müavinət, 406,6 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub. Onların 32,93%-ni kişilər, 67,07%-ni isə qadınlar təşkil edib.

Bizim.Media

Seçilən
78
17
bizim.media

10Mənbələr