AZ

“Neftçi”nin baş məşqçisi bunu öyrəndi və ŞOK KEÇİRDİ!

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub maraqlı araşdırma aparıb.

Dekabrın 9-dan bəri sükan arxasında əyləşən ukraynalı Samir Abasovun dövründə komandaya cəlb edilmiş bəzi legionerlərə aid raportları incələyib.

Bu zaman ona məlum olub ki, yerli həmkarı xidmətinə maraq göstərdiyi əcnəbi oynçuları niyə görə alınmasını istədiyini əsaslandırmayıb.

Belə ki, Abasovun özü raport hazırlaya bilməyib, yaxud bu işə barmaqarası yanaşıb. O, hansı futbolçunu düşərgədə görməyi fikirləşdiyini şifahi şəkildə dilə gətirib, raportu isə ayrı-ayrı funksionerlərə yazdırıb.

Vernidub bundan şoka düşüb. 60 yaşlı mütəxəssis hdesab edir ki, Abasov işinə peşəkar yanaşmayıb, nəticədə klubun büdcəsinə böyük miqdarda ziyan dəyib.

Vaxtilə «Şerif»lə Çempionlar Liqasında mübarizə aparmış çalışdırıcının fikrincə, komandanın qeyri-sabit mövsüm keçirməsinin kökündə yanlış transfer siyasəti dayanır.

Baş məşqçi lüksemburqlu hücumçu Alessio Kurçi də daxil, 5-6 legionerin «Neftçi»yə dəvət edilməsini doğru saymır.

SPORTİNFO.AZ

Seçilən
28
50
sportinfo.az

10Mənbələr