"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı rəqib bəlli olub.
"Football-plus.az" xəbər verir ki, buna bu gün Nyon şəhərində keçirilən püşkatma mərasimində aydınlıq gəlib.
Belə ki, Ağdam təmsilçisi İngiltərə "Nyukasl"ı ilə üz-üzə gələcək.
Xatırladaq ki, Qurban Qurbanovun komandası ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq. "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta