AZ

Maduronu qaçıran təyyarə havaya qalxdı, Pezeşkianla bağlı xəbər yayıldı Nələr baş verir?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Mash” teleqram kanalı İran Prezidenti Məsud Pezeşkianı daşıyan təyyarənin Moskvaya eniş etdiyinə dair məlumat yayıb. Bu iddia ABŞ-ın İrana hücuma hazırlaşması ilə bağlı yayılan xəbərlər fonunda diqqət çəkib.

İddiaya görə, Vaşinqton İranın təhlükəsizlik qüvvələrinə və yüksək vəzifəli hökumət rəsmilərinə qarşı hədəfli hücumlar etməyi nəzərdən keçirir. Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş ABŞ təyyarələri Yaxın Şərqə istiqamət alıb. Saat 23:32-də isə İran hökumətinə məxsus təyyarə Rusiyaya uçub. Bunu obyektiv nəzarət məlumatları təsdiqləyir. Maraqlıdır ki, uçuşun məqsədi və marşrutu ilə bağlı detallı məlumat hələlik yoxdur.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, İranla bağlı yayılan müxtəlif məlumatlar cəmiyyətdə ziddiyyətli fikirlərin formalaşmasına səbəb olur:

“Mən hesab etmirəm ki, İranın ali rəhbəri Əli Xamenei ölkəni tərk edərək başqa bir yerə getsin. Bu tip məlumatların yayılmasının iki mümkün məqsədi ola bilər. Birincisi, İranın ali rəhbərinin yerini müəyyənləşdirmək cəhdidir. Yəni Tehranın iddiaları təkzib etməsi Xameneinin ölkədə olduğunu təsdiqləyəcək. İkincisi ehtimal isə bu şayiənin İran tərəfindən məqsədli şəkildə yayılmasıdır.

Füzuli Qurbanov

İrana qarşı təzyiqlər artsa da, bu cür iddiaların doğruluğu şübhəlidir. Hazırda Tehrana ciddi təzyiqlər mövcuddur və hücum ehtimalları artmaqdadır. Prosesə təsir edən çoxsaylı amillər var və onların hamısını ümumi siyasi məntiq çərçivəsində izah etmək çətindir. Təcrübə göstərir ki, bu cür informasiyalar daha çox kəşfiyyat xarakteri daşıyır. Eyni zamanda, İranla danışıqların aparıldığına dair məlumatlar da yayılır. Tehran hökumətinin bu vəziyyətdən diplomatik danışıqlar yolu ilə çıxması bizim üçün də məqbul variantdır.

Bu iddialar Suriyanın sabiq prezidenti Bəşər Əsədin Rusiyaya qaçması fonunda daha çox diqqət çəkir. Belə bir təsəvvür formalaşdırılır ki, guya hakimiyyətdən gedən və ya təzyiq altında olan bütün liderlər Rusiyaya sığınır. Bu da müəyyən mənada Moskvaya siyasi təzyiq mexanizmi kimi istifadə olunur”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
32
globalinfo.az

10Mənbələr