AZ

“Fənərbağça” 19 yaşlı futbolçu ilə anlaşdı

“Anje”nin hücumçusu Sidiki Şerif karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Fənərbağça” 19 yaşlı fransalı forvardla maraqlanır. İstanbul klubu futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

“Anje” isə gənc hücumçu üçün 20 milyon avro tələb edir və tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Sidiki Şerif bu mövsüm Liqa 1-də 20 oyunda 4 qola imza atıb.

Seçilən
25
idmanxeber.az

1Mənbələr