AZ

Səudiyyə Ərəbistanı ABŞ-dan 9 milyard dollarlıq “Patriot” raketləri alacaq

Bakı, 31 yanvar, AZƏRTAC

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 9 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə raketlərinin potensial satışını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Ər-Riyad ABŞ-dan 730 ədəd “PAC-3 MSE” tipli yer-hava raketi və əlaqəli avadanlıq almaq niyyətindədir. Satışla bağlı müvafiq bildiriş ABŞ Konqresinə təqdim olunub.

Pentaqon bildirir ki, bu sövdələşmə regionda güc balansını dəyişdirməyəcək və ABŞ ordusunun döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Seçilən
36
7
azertag.az

9Mənbələr