AZ

Qızıl almaq adı ilə soyğunçuluq edən şəxs saxlanılıb

Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib.

Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
3
19
cebheinfo.az

10Mənbələr