AZ

Azərbaycan Kuboku: 1/4 final mərhələsi start götürür – YENİLƏNİR 

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürəcək. 

İdmanxeber.az xəbər verir ki, 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. 

Əvvəlcə “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. Oyunu Cavid Cəlilov idarə edəcək. 

Digər matçda isə “Sabah” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da start götürəcək. Oyun Fərid Hacıyevə tapşırılıb. 

“Sumqayıt”la “Zirə” və “Sabah”la “Qəbələ” arasındakı 1/4 finalın cavab oyunları mart ayının 3-nə nəzərdə tutulub. 

Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar

4 fevral

17:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Eyyub İbrahimov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. “Sabah” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

“Bank Respublika Arena”

Seçilən
45
1
idmanxeber.az

8Mənbələr