"Qarabağ" Çempionlar Liqası üçün iştirak ərizəsində dəyişiklik edib.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin yay transferlərindən olan Kris Kuakunun adı siyahıdan çıxarılıb. Onun əvəzinə Kadi Borgesin adı siyahıya qaytarılıb.
Bu arada ölkə çempionunun yeni transferi Jeremi Qnali pley-off mərhələsi üçün heyətə daxil edilməyib.
Xatırladaq ki, "Qarabağ" İngiltərə "Nyukasl"ı ilə üz-üzə gələcək. Qarşılaşmalar fevralın 18-i və 24-də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta