Qəbələ, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Sevinirəm ki, Qəbələyə budəfəki səfərim “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf edib. Həm istirahət edəcək, həm də konsertlərdən zövq alacağam.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı şəhəri sakini Sevil Rizayeva deyib.
Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkil olunduğunu bildirən paytaxt sakini konsertlərin keçirildiyi məkanın gözəlliyinə heyran qaldığını vurğulayıb. “Qəbələ şəhəri özü də çox gözəldir. Hər yer ağappaq qara bürünüb. Elə bil ki, doğrudan da qış nağılıdır, sehrli bir aləmə düşmüşük”,- deyə o, əlavə edib.