AZ

6 fevralda maqnit fırtınası: bitmə tarixi açıqlandı

Maqnit fırtınası bu gün də davam edəcək.

QHT.az xəbər verir ki, Britaniya Geoloji Xidmətinin məlumatına görə, 5 fevralda Yer kürəsində 6 bal gücündə maqnit fırtınası başlayıb və bu gün də davam edir. Alimlər günəş küləyinin sürətinin son güclü Günəş partlayışları və koronal dəliyin təsiri ilə artdığını, lakin fırtınanın tədricən zəifləyəcəyini bildiriblər. Proqnozlara əsasən, maqnit fırtınası G1 səviyyəsinə enəcək və fevralın 7-də başa çatacaq.

Son günlər Günəş aktivliyində kəskin artım müşahidə olunur: fevralın 4-də 18 orta intensivlikli və 3 güclü X sinif Günəş alovu, o cümlədən 2026-cı ilin ən güclüsü sayılan X8.3 alovlanması qeydə alınıb. Space.com yazır ki, güclü partlayışlar bəzi bölgələrdə radio rabitəsində müvəqqəti pozuntulara səbəb olub.

 

R.İmanov

Seçilən
103
qht.az

1Mənbələr