Bakı. Trend:
Azərbaycanın 2006-cı ildə qəbul edilən Dəniz ƏməyiKonvensiyasına qoşulmasına hazırlıq prosesinə dəstək göstərilməsinəzərdə tutulur.
Bunu Trend-əverdiyi müsahibədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropavə Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin bildirib.
M.Puşkin qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,eləcə də Azərbaycanın Dövlət Dəniz və Liman Agentliyi ilə yüksək vətexniki səviyyələrdə aparılmış son müzakirələrin yekunlarınaəsasən, BƏT və onun milli tərəfdaşları (hökumət, işəgötürənlər vəişçilər təşkilatları) əməkdaşlığın prioritet istiqamətlərini (ilknövbədə dəniz sektorunda) müəyyən ediblər.
O bildirib ki, bununla yanaşı, Azərbaycanın 2006-cı ilin DənizƏməyi Konvensiyasına qoşulmasına hazırlığının dəstəklənməsi dənəzərdə tutulur.
“Müzakirələr, həmçinin dəniz sektorunda əmək münasibətlərininidarə edilməsinin rəqəmsal transformasiyasını, o cümlədən idarəetməstandartları üzrə təlimləri, rəqəmsal alətlərin istifadəsini vədəniz əməyi üzrə dəyişən dünya üçün zəruri bacarıqların inkişafınıəhatə edib. Bu əməkdaşlıq istiqamətləri 2025-ci ilin noyabrındaimzalanmış Azərbaycanın 2025–2029-cu illər üçün "Layiqli Əmək üzrəÖlkə Proqramı” çərçivəsində həyata keçirilir və hökumət, eləcə dəsosial tərəfdaşlarla sıx əlaqələndirmə şəraitində icra olunacaq”, –deyə o əlavə edib.
Beynəlxalq əmək standartları və BƏT-in Azərbaycanda əməkbazarının rəqəmsal transformasiyasındakı rolu
Direktorun sözlərinə görə, rəqəmsal transformasiya və əməksahəsinin gələcəyi kontekstində BƏT mövcud beynəlxalq əməkstandartlarının tam aktual olaraq qaldığını hesab edir.
O, xüsusilə qeyd edib ki, əmək sahəsində əsas prinsiplər vəhüquqlar, əmək münasibətləri, əməyin mühafizəsi və təhlükəsizliktexnikası, iş vaxtı və bacarıqların inkişafına dair normalartexnoloji dəyişikliklərin layiqli əməyə töhfə verməsi üçün mühümnormativ əsasları formalaşdırır.
“Bu yanaşma BƏT-in "Əməyin Gələcəyi üzrə YüzillikBəyannamə"sində əksini tapıb. Həmin sənəd texnoloji dəyişikliklərəinsan yönümlü yanaşmanın, sosial dialoq, ömürboyu fasiləsiz təhsilvə əmək bazarının effektiv institutları ilə dəstəklənməsininvacibliyini vurğulayır. BƏT milli prioritetlər və şərait nəzərəalınmaqla bu standartların tətbiqində öz üzvlərini dəstəkləməyədavam edir”, – deyə M.Puşkin yekunlaşdırıb.