AZ

Azərbaycan və Ermənistan arasındakı Vaşinqton razılaşması Orta Dəhlizin mövqelərini gücləndirir

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşması OrtaDəhlizin mövqelərini gücləndirir.

Trend xəbər verirki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilənmeta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

Bildirilir ki, Avropa İttifaqının Qara dəniz regionuna stratejiyanaşmasına əsasən Qara dəniz və ona qonşu ölkələr AvropanıTürkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarlabirləşdirən əsas qapı kimi nəzərdən keçirilir.

“Avropa İttifaqı üçün Türkiyə, Şərq Tərəfdaşlığı ölkələri, ocümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinininkişafı xammal və malların daha sürətli və etibarlı tədarükünütəmin edə, həmçinin qarşılıqlı faydalı ticarəti təşviq edərəkAvrasiya üzrə yeni ixrac bazarları aça bilər.

Bu şəraitdə, Şimal Dəhlizinin etibarlılığının azalması və Cənubmarşrutunun daha ləng inkişafı fonunda Transxəzər nəqliyyat dəhliziAvropa ilə Asiya arasında dayanıqlı, şaxələndirilmiş və geosiyasibaxımdan dayanıqlı multimodal nəqliyyat əlaqəsi üçün dahaperspektivli istiqamətə çevrilir. Bundan əlavə, regionda yükaxınının əhəmiyyətli dərəcədə artması və 8 avqust tarixliErmənistan-Azərbaycan razılaşması Transxəzər nəqliyyat dəhlizinindayanıqlı, şaxələndirilmiş və etibarlı regional əlaqə üçün ən həyatqabiliyyətli marşrut kimi mövqelərini daha da gücləndirir”, – deyətədqiqatda bildirilir.

Məlumata görə, son illərdə Transxəzər Beynəlxalq NəqliyyatDəhlizi boyunca infrastruktur layihələrinə investisiyaların artmasımüşahidə olunur, lakin nəqliyyat əlaqələrinin həm fizikiinfrastruktur, həm də institusional və inzibati aspektlərində ciddiproblemlər və “dar boğazlar” qalmaqdadır. Bu problemlər yüklənmişqovşaqların ötürücülük qabiliyyətinin artırılmasına imkan verənnisbətən sürətli həllərdən (məsələn, sərhəd-keçid məntəqələrininsəmərəliliyinin artırılması) tutmuş yeni infrastrukturun inkişafınayönəlmiş uzunmüddətli investisiyalara (məsələn, yeni limanlarıntikintisi) kimi dəyişir.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vəDövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Seçilən
34
4
az.trend.az

5Mənbələr