AZ

Siyəzəndə 40 yaşlı qadında 6 kiloqram narkotik aşkarlanıb

Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb.

 

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova saxlanılıb.

 

Ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix: 7 Fevral 2026, 11:28   
Seçilən
12
28
pravda.az

10Mənbələr