AZ

Oveçkin 10-cu pilləyə yüksəldi

“Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkin komandasının səfərdə “Detroyt”a qalib gəldiyi oyunda (4:3 B) məhsuldar ötürmə ilə yadda qaldı.

MHL-in mətbuat xidmətinin yaydığı xəbərə görə, 40 yaşlı ulduz bununla da Şimali Amerika liqasında pley-off da nəzərə alınmaqla keçirdiyi 1707-ci oyunda xalını 1816-ya (996+820) çatdırdı. O, bu göstəricidə MHL tarixində 10-cu pilləyə yüksəldi. 9-cu yerdə Co Sakik (1829) qərarlaşıb, rekord isə Ueyn Qretskiyə (3237) məxsusdu.

“Kolorado”nun hücumçusu Neytan Makkinnon “Detroyt”la oyunda (5:0) iki qol və bir məhsuldar ötürmə ilə yadda qaldı. 30 yaşlı kanadalı 2025/26 mövsümünün 53 oyununda 91 (40+51) xal toplayıb. O, karyerasında 7-ci dəfə müntəzəm çempionatın bir mövsümündə 90 xal həddinə çatdı. Makkinnon bu göstəricidə “Vaşinqton”un kapitanı Aleksandr Oveçkini və “Edmonton”un forvardı Leon Drayzaytlı (hərəyə 6 mövsüm) arxada qoydu. Kanadalı ulduz 90 və daha artıq xal topladığı mövsümlərin sayına görə fəaliyyətdə olan oyunçular arasında yalnız Konnor Makdevidlə (“Edmonton”, 10 mövsüm) Sidni Krosbidən (“Pittsburq”, 9 mövsüm) geri qalır.

30 yanvar
Baffalo – Los-Anceles 4:1 (2:0, 1:1, 1:0)
Boston – Filadelfiya 6:3 (2:0, 3:2, 1:1)
Karolina – Yuta 5:4 (1:0, 1:3, 3:1)
Monreal – Kolorado 7:3 (3:1, 2:1, 2:1)
Nyu-Cersi – Neşvill 3:2 OT (0:1, 1:0, 1:1, 1:0)
Pittsburq – Çikaqo 6:2 (1:1, 4:0, 1:1)
Reyncers – Aylenders 1:2 (0:0, 0:2, 1:0)
Tampa-Bey – Vinnipeq 4:1 (1:0, 2:1, 1:0)
Detroyt – Vaşinqton 3:4 B (0:1, 1:0, 2:2, 0:0)
Minnesota – Kalqari 4:1 (2:0, 0:0, 2:1)
Sent-Luis – Florida 5:4 (3:2, 1:2, 1:0)
Edmonton – San-Xose 4:3 OT (0:3, 0:0, 3:0, 1:0)
Vankuver – Anahaym 2:0 (0:0, 0:0, 2:0)
Veqas – Dallas 4:5 (0:1, 1:3, 3:0, 0:0)
Sietl – Toronto 5:2 (1:1, 2:0, 2:1)

31 yanvar
Çikaqo – Kolambus 2:4 (1:1, 1:2, 0:1)
Filadelfiya – Los-Anceles 2:3 OT (0:2, 1:0, 1:0, 0:1)
Detroyt – Kolorado 0:5 (0:2, 0:2, 0:1)
Pittsburq – Reyncers 6:5 (2:0, 1:1, 3:4)

1 fevral
Kalqari – San-Xose 3:2 (1:1, 1:1, 1:0)
Florida – Vinnipeq 1:2 (1:0, 0:0, 0:2)
Vaşinqton – Karolina 4:3 OT (0:2, 2:1, 1:0, 1:0)
Aylenders – Neşvill 3:4 (2:2, 1:1, 0:1)
Baffalo – Monreal 2:4 (0:1, 2:0, 0:3)
Vankuver – Toronto 2:3 B (0:0, 2:1, 0:1, 0:0)
Ottava – Nyu-Cersi 4:1 (1:1, 0:0, 3:0)
Sent-Luis – Kolambus 3:5 (1:2, 2:2, 0:1)
Yuta – Dallas 2:3 (1:3, 0:0, 1:0)
Veqas – Sietl 2:3 (0:2, 2:0, 0:1)
Edmonton – Minnesota 3:7 (2:2, 0:3, 1:2)
Karolina – Los-Anceles 3:2 OT

2 fevral
Tampa-Bey – Boston 6:5 B (1:3, 3:2, 1:0, 0:0)
Anahaym – Veqas 4:3 (1:0, 2:1, 1:2)

Seçilən
52
4
football-plus.az

7Mənbələr