AZ

Mirzoyan Paşinyana Azərbaycan və Rusiya ilə bağlı hesabat verdi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan Rusiya ilə dostluq münasibətləri inkişaf etdirməyə çalışır.

Axar.az xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyana Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə fəaliyyət hesabatını təqdim edərkən bildirib.

Erməni nazir Ermənistanın Rusiya ilə qarşılıqlı hörmət və suverenliyə hörmət əsasında dostluq münasibətləri inkişaf etdirməyə çalışdığını vurğulayıb.

Mirzoyan əlavə olaraq qeyd edib ki, rəhbərlik etdiyi qurumun prioritet vəzifələri sülh gündəliyinə xidmət etmək, Ermənistan və Azərbaycan arasında sülhün qurulmasına, möhkəmləndirilməsinə və sistemli hala salmağa yönəlmiş fəal iş aparmaqdan ibarətdir. Bu fəaliyyətə danışıqlar prosesi, koordinasiya və sülh sazişinin mətninin hazırlanması, eləcə də etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər daxildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
3
axar.az

4Mənbələr