Mingəçevirdə marketdə ölüm hadisəsi baş verib.
Hadisə 20 yanvar küşəsində yerləşən "Qədiroğlu"Marketlər şıbəkəsinə məxsus mağazada baş verib.
Alış-veriş üçün marketə gələn 1953-cü il təvəllüdlü şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşərək yerə yıxılıb. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.