AZ

Müəllimi güllələyən şagird terrorçunu “kumir” seçibmiş? 

Bakıda “İdrak” liseyində müəllimini güllələyən şagirdə məxsus olduğu iddia edilən “TikTok” paylaşımları sosial şəbəkələrdə yayılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən “TikTok” hesabındakı “repost”ların böyük əksəriyyəti 2018-ci ildə Krımda Kerç Kollecinə hücum edən Vladislav Roslyakovla bağlıdır.

Qeyd edək ki, hücumda azı 19 nəfər ölüb, onlarla şəxs yaralanıb. Belə ki, kollecin 18 yaşlı tələbəsi əvvəlcə həmyaşıdlarına atəş açıb, sonra isə özünü öldürüb.

Bu, bir daha göstərir ki, yeniyetmələrin sosial şəbəkə paylaşımları valideynlərin daimi nəzarətində olmalı, onlar övladlarının maraq dairələrini diqqətlə izləməlidirlər.

Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya sinif otağında atəş açaraq onu yaralayıb. Şagird artıq həbs edilib.

Əlavə edək ki, şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət, silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. Məktəb rəhbərliyi müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.

Şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb.

Seçilən
7
13
manset.az

10Mənbələr