AZ

​Ronaldonun son sözü: “Mənim dediyim olmalıdır!”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinən portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo son sözünü deyib. Metbuat.az xəbər verir ki, təcrübəli futbolçu tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə Pro Liqasını tərk edəcəyini bildirib. 41 yaşlı hücumçu “Əl-Nəsr” rəhbərliyi qarşısında qaldırdığı tələblərdən vaz keçməyəcəyini bəyan edib. Ronaldo transferlər, xərclər və klubun strategiyası ilə bağlı qərarların onun istəyinə uyğun verilməsini vacib sayıb: "Tələblərim dəyişməz olaraq qalır. “Əl-Nəsr” rəhbərliyi bu tələbləri yerinə yetirməlidir. Mənim dediyim olmalıdır! Yoxsa, gedəcəyəm”.

Qeyd edək ki, Ronaldo tələblərinin yerinə yetirilmədiyini əsas gətirərək son 2 matçda “Əl-Nəsr” heyətində meydana çıxmaqdan imtina edib.

Seçilən
24
28
metbuat.az

10Mənbələr