AZ

İranla bağlı DƏHŞƏTLİ AÇIQLAMA 200 məktəbli… KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

İran müəllimlərinin həmkarlar ittifaqı ölkədə keçirilən etiraz aksiyalarının zorakılıqla dağıdılması zamanı 200 məktəblinin həlak olduğunu sənədləşdirib və onların adlarını açıqlayıb. Bu barədə Iran International məlumat yayıb.

KONKRET.az-ın məlumatına görə, müəllimlər şurası dərc olunan bu siyahının “gələcəyi məhv edən bir sistemin sadə və dəhşətli reallığını” daim xatırlatmalı olduğunu bildirib. Qurum günahkar şəxslərin məsuliyyətə cəlb olunmasına çağırıb.

Qeyd edilib ki, açıqlanan 200 ad cəmiyyətdə baş verən hadisələrin unudulmaması və qurbanların xatirəsinin yaşadılması məqsədi daşıyır.

Hazırda isə İran hakimiyyəti etirazların yatırılması zamanı həlak olan yetkinlik yaşına çatmayanlarla bağlı rəsmi siyahı dərc etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
konkret.az

2Mənbələr