AZ

Marsdan su izləri: “Black Beauty” meteoritı analiz edilib

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Alimlər Marsdan gələn 4,48 milyard illik "Black Beauty" meteoritini yeni nəsil cihazlarla araşdıraraq, qayaların daxilində çoxlu miqdarda hidrogen və su komponentləri aşkar ediblər.

BAKU.WS xəbər verir ki, Danimarka Texniki Universitetindən Estrid Naver və komandası "X-ray CT" və "Neytron CT" adlı iki müasir texnologiyadan istifadə edərək NWA 7034 kodlu meteoritin içini zədələmədən görüntüləməyi bacarıb.

Təxminən 4,48 milyard yaşı olan daşın daxilində "H-Fe-ox" adlanan, hidrogenlə zəngin dəmir oksihidroksit parçacıqları tapılıb.

Nümunənin cəmi 0,4 faizini təşkil edən bu sahələrin meteoritdəki ümumi suyun 11 faizini saxladığı müəyyən edilib.

Bu kəşfin Marsda bir vaxtlar düşünüləndən daha geniş yayılmış və ehtimal ki, maye halda suyun mövcud olduğunu göstərdiyi bildirilib.

Mütəxəssislər bu təmassız skan üsulunu gələcəkdə Marsdan Yerə gətiriləcək nümunələrin araşdırılmasında da istifadə etməyi planlaşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
1
baku.ws

2Mənbələr