AZ

"Sabah"ın yeni transferi niyə meydana çıxmadı? - ZƏDƏSİ VAR...

"Sabah"ın yeni transferi Patrik Orfe Mbinanın durumu bəlli olub.

Klubdan Apasport.az saytına verilən məlumata görə, futbolçu hələ ki, meydana çıxmağa hazır deyil.

Hücumçunun yüngül zədəsi var. Mbina hazırda bərpa prosesi keçir. O, daha sonra komanda ilə məşqlərə start verəcək.

Patrikin debütü onun adaptasiya prosesindən və məşqçilərin yekun qərarından asılı olacaq. Lakin forvardın fevralın sonuna kimi rəsmi matça çıxması gözlənilir.

Xatırladaq ki, Orfe ötən gün keçirilən "Araz-Naxçıvan"la matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mbina Sloveniyanın "Maribor" klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.

Rəşad Sadıqov: “Qələbə üçün ən yaxşısını etməlisən”

“Zirə” “Sumqayıt” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB

Dambrauskas: “Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiz?”

Andrey Demçenko: “Vaxt lazımdır, işləyirik"

“Sabah”dan növbəti böyükhesablı qələbə - YENİLƏNİB

Seçilən
75
1
apasport.az

2Mənbələr