Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Far.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, fevralın 9-da Ali Məclis Cabbar Musayevin Naxçıvan Muxtar Respublikasına Baş nazir təyin edilməsi ilə bağlı qərar qəbul edib.
***11:29
Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub.
Far.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.