RU

Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Far.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 9-da Ali Məclis Cabbar Musayevin Naxçıvan Muxtar Respublikasına Baş nazir təyin edilməsi ilə bağlı qərar qəbul edib.

***11:29

Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub.

Far.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.

Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.

Избранный
65
49
far.az

10Источники