AZ

Astronavtlar artıq kosmosa smartfon apara biləcək  

NASA ilk dəfə olaraq astronavtlara kosmik missiyalar zamanı şəxsi smartfonlarını özləri ilə aparmağa icazə verib. Bu qərar “Crew-12” və “Artemis II” missiyalarından etibarən qüvvəyə minəcək.

    “Crew-12” missiyası yaxın günlərdə reallaşacaq. “Artemis II” isə gecikmələr səbəbilə mart ayına təxirə salınıb. Bu missiya 1960-cı illərdən sonra Ay ətrafında ilk insanlı uçuş olacaq.

    NASA administratoru Jared Isaacman bildirib ki, bu qərar astronavtlara ailələri üçün xüsusi anları çəkmək və bütün dünya ilə yaradıcı, ilhamverici foto və videolar paylaşmaq imkanı yaradacaq.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
39
azerbaijan-news.az

1Mənbələr