Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanlı pilot Formula 4-də debüt etdi
Azərbaycanlı pilot Davin Cəfərov “Formula-4” yarış sessiyasında debüt edib.
QOL.az-ın məlumatına görə, test yürüşləri Portuqaliyanın Portimau şəhərində - ən çətin və müasir traslardan birində keçirilib. Bu trekdə “Formula-1” və MotoGP kimi nüfuzlu yarışlar da təşkil olunur.
“Formula-4”də yeni iştirakçılar üçün, xüsusilə ikinci sessiyadan sonra qəzalar adi hal sayılsa da, Cəfərov ilk testini qəzasız başa vurub. O, yağışlı hava şəraitində 224 km/saat maksimal sürətə çataraq yüksək performans nümayiş etdirib.
Buna baxmayaraq, sponsor məsələləri həll olunmadığı üçün azərbaycanlı pilot cari mərhələdə yarışa qatıla bilməyəcək. Cəfərov maliyyə problemləri aradan qalxdıqdan sonra əvvəlcə “F-4”də, daha sonra “F-3” və “F-2”də gözləntiləri doğruldaraq əsas məqsədi olan “Formula-1”ə doğru irəliləyəcəyinə inanır. Onun əsas hədəfi Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil etməkdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.